A (çay, Fransa)
A[2][3] və ya Aa[4] (fr. Aa) — Fransanın şimalında, O-de-Frans regionunda çay. Uzunluğu – 89 kilometr (55 mil). Su hövzəsinin sahəsi 1215 km2-dir. CoğrafiyasıA çayı Artua təpələrindən çıxır, Sent-Omerdən keçərək Qravlində Şimal dənizinə axır. Sent-Omer və dəniz arasında 29 kilometrlik məsafədə gəmilərin istismarı üçün əlverişlidir. Kale və Dünkerki Flandriyanın daxili rayonları ilə birləşdirən kanal A çayının vadisi boyunca keçir.[5] TarixiAdolf Hitlerin 24 may 1940-cı il tarixli əmrinə baxmayaraq, "Adolf Hitler" SS diviziyasının komandiri Yozef Ditrix A kanalını keçərək qarşı sağ sahildə Monvattan hündürlüyünü ələ keçirmiş, düzənlik ərazi üzərində dominantlıq əldə etmişdir. Haynts Vilhelm Quderian öz memuarında bu bu əməliyyatı təsdiqlədiyini qeyd etmişdir.[6] İstinadlar
Xarici keçidlər"Долина реки Аа". www.persee.fr (fransız). İstifadə tarixi: 2019-07-27. Information related to A (çay, Fransa) |
Portal di Ensiklopedia Dunia