Yaşayış binası (Şəddadilər küçəsi, 24 A)
Şəddadilər küçəsi 24 A ünvanında yerləşən yaşayış binası – Gəncə şəhərində yerləşən yerli əhəmiyyətli tarix-memarlıq abidəsi. Gəncə üçün xarakterik olan "Günbəzli ev"lərin dövrümüzə çatmış azsaylı nümunələrindən biridir.[1] Memarlıq xüsusiyyətləriBina planda kvadrata yaxın düzbucaqlı formasına malikdir. Bir otaqlı evin üstü günbəzlə örtülmüşdür. Qapı və pəncərə yerlərinin uğurlu yerləşdirilməsi nəticəsində binanın sadə fasadı olduqca canlı görüntü əldə etmişdir.[1] Digər günbəzli evlərdə olduğu kimi, bu binada da memar evin interyerinin həllinə daha çox diqqət yetirmişdir. Şəddadilər küçəsi 24 A ünvanındakı evin interyeri sqraffito tipli oyma ilə zəngin bəzədilmişdir. Ağ ornament təsviri dərin tünd boz fonla kontrastda yaxşı qəbul edilərək kompozisiyanın tamlığı ilə diqqət cəlb edir.[1] Divar boyunca yerləşən ləmədən yuxarıda 25–30 sm dərinlikli niş yerləşir. İncə alebastr çətiri çəpəri ilə ayrılmış niş, oxvari tağ formasında tamamlanır. [1] Evlərin interyerlərində bu cür nişlər, kuzə, badə və dekorativ boşqab kimi interyer elementlərinin yerləşdirilməsi üçün nəzərdə tutulurdu.
İstinadlar
Ədəbiyyat
Information related to Yaşayış binası (Şəddadilər küçəsi, 24 A) |
Portal di Ensiklopedia Dunia