Ucar rayonu
Ucar rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Ucar şəhəridir. Ucar rayonunun sahəsi 830 km²-dir. TarixiUcar rayonu 24 yanvar 1939-cu ildə təşkil olunmuşdur. Rayonun adı, yaranma tarixi haqqında müxtəlif fikirlər söylənilir. Ərəb coğrafiyaşünası Əl-İstəxrinin "Məmləkətlərin yolları" kitabında Ucar Azərbaycanda orta əsr şəhəri kimi qeyd olunur. XV əsrdə yaşamış Azərbaycan şairi Bədr Şirvaninin yazılarında da Ucar sözünə rast gəlinir. Bəzi mülahizələrə görə rayonun adı Azərbaycan dilindəki "Uçar" sözundən əmələ gəlmişdir. Digər mülahizələrdə rayonun adının qə Şirvanda yaşamış "Uçar" tayfasının adından götürüldüyü iddia olunur. Ucar sözünün "Ucqar" sözündən götürülməsi fikrini söyləyənlər də var. Hazırda Ucar rayonunun Azərbaycanın mərkəzi hissəsində yerləşməsinə baxmayaraq vaxtı ilə Şirvanşahların paytaxtı Şamaxı şəhərindən ən ucqar ərazidə yerləşdiyinə görə adının "Ucqar" sözündən götürüldüyü də ehtimal edilir. Ucar rayonunun ərazisi keçmişdə Şirvan bəylərbəyliyinin, sonralar Şamaxı xanlığının, daha sonra 1840-cı ilin 10 aprelində inzibati islahata əsasən Kaspi vilayətinin, 1846-cı ildə isə Şamaxı qurberniyasının tərkibində olmuşdur. 1859-cu ildə Şamaxı zəlzələ nəticəsində dağılandan sonra quberniyanin mərkəzi Bakıya köçürülmüşdür. 1867-ci ilin dekabrında Bakı quberniyasının tərkibində Göyçay qəzası yaradılmışdır. Bu zaman Ucar rayonu Göyçay qəzasının tərkibində olmuşdur. 1930-cu ildə qəza bölgüsü ləgv edilmiş və rayon inzibati ərazi bölgüsünə keçilmiş, Ucar rayonu Göyçay rayonunun tərkibində saxlanılmışdır. 1939-cu il yanvar ayının 14-də Ucar Göyçay rayonunun tərkibindən ayrılaraq müstəqil rayon kimi təşkil olunmuşdur. 1963-cü ildə Ucar rayonunun ərazisində dəyişiklik edilmişdir. Belə ki, 1963-cü ildə Zərdab rayonu ləgv edilərək, onun ərazisi, yəni 856 kv km sahəsi ilə birlikdə Ucar rayonuna verilmişdir. 1965-ci ildə Zərdab rayonu yenidən müstəqil rayon kimi bərpa olunarkən Ucardan ayrılmışdır. Coğrafi mövqeyiRelyefiUcar rayonu Bakıdan 240 km qərbdə, Şirvan düzündə yerləşir. Ərazisində 32 yaşayış məntəqəsi var. Şimaldan Göyçay, şərqdən Kürdəmir, cənubdan Zərdab, qərbdən Ağdaş rayonları ilə əhatə olunur. Rayonun coğrafi mövqeyi olduqca əlverişlidir. Bakı-Tbilisi dəmir yolunun və magistral avtomobil yolunun Ucar rayonundan keçməsi, habelə Qədim İpək yolunun bərpa olunmaqla Ucardan keçməsi yerləşdiyi yerin iqtisadi əhəmiyyətini olduqca artırır. Ucar rayonu Bakı şəhərindən 234 km qərbdə-Şirvan düzündədir. Mərkəzi Ucar şəhəri olmaqla Bakı-Tbilisi dəmir yolunun, Bakı-Gəncə və Göyçay-Zərdab magistral avtomobil yollarının qovşağında yerləşir. Səthi ovalıqdır. Ərazinin şərq və cənub-şərq hissəsi okean səviyyəsindən aşağıda yerləşir. Antropogen çöküntüləri yayılmışdır. Boz-çəmən torpaqları vardır. Ümumi torpaq fondu 83398 hektardır. Geoloji quruluşuAntropogen çöküntüləri yayılmışdır. Çayları və su hövzələriƏsas çayları Göyçay və Türyan (Qarasu) çaylarıdır. Türyançay, Tikanlıçay, Ağçay (Qalaçay), Bumçay və Dəmiraparan çaylarının qovuşmasından yaranır. Əsas çay kimi götürülən Tikanlıçay öz mənbəyini Bazardüzü dağının cənub-qərb yamacından (3680 m) götürür. Çayın 10 qolu vardır. Göyçay çayı Lahıc dağ sistemindən — Kovdağın qərb yamacından (1980 m) başlayır. Çayın 10 qolu vardır. Landşaftları və bioloji müxtəlifliyiƏrazinin iqlimi yayı quraq keçən mülayim-isti yarımsəhra və quruçöl iqliminə aiddir. Boz-çəmən torpaqları yayılmışdır. Bitkiörtüyü, əsasən, ovalıq və yarımsəhra tiplidir. Tuqay meşələrinin qalıqları vardır. Flora və faunası Kürdəmir rayonu ilə demək olar ki, eynidir.[3] Arxeoloji abidələrBərgüşad kəndi yaxınlığında m.ə. II əsrə aid Qaratəpə, Qıztəpə, Adsıztəpə yaşayış yeri. Küp qəbirlər küpün böyüklüyünə, ölünün arxası üstdə qoyulmasına, istiqamətinə görə Azərbaycan ərazisindəki digər küp qəbirlərdən fərqlənir. Əhalisi01 yanvar 2022-ci ilə olan məlumat Əhalinin ümumi sayı 90507 nəfər kişi — 45221 nəfər (49,96 %) qadın — 45286 nəfər (50,04%) Şəhər əhalisinin sayı 18301 nəfər (20,22 %) kişi — 8949 nəfər (48,90 %) qadın — 9352 nəfər (51,10 %) Kənd əhalisinin sayı 72206 nəfər (79,78 %) kişi −36273 nəfər (50,24 %) qadın −35933 nəfər (49,76 %) Əhalinin orta sıxlığı 108,06 nəfər Ali təhsilli əhalinin sayı, (3,18 %) 2874 nəfər Orta ixtisas təhsilli əhalinin sayı, (4,58 %) 4145 nəfər Məskunlaşmış məcburi köçkünlərin sayı 829 nəfər o cümlədən məcburi köçkün ailələrin sayı 237 nəfər Görkəmli şəxsləri
İqtisadi xarakteristikasıTəsərrüfatı pambıqçılıq, taxılçılıq, heyvandarlıq, baramaçılıq, quru subtropik meyvəçilik, üzümçülük, bostançılıq və toyuqçuluqdan ibarətdir. Hələ 1902-ci ildə rayonda biyan zavodu fəaliyyət göstərmişdir. Bu zavod Ucarın ilk sənaye müəssisəsi sayılır. 1953-cü ildə zavodda yanğın baş vermiş və nəticədə zavod yanmışdır. Yanğından sonra zavod öz fəaliyyətini müəyyən müddət dayandırmış və 1956-cı ildən Konserv zavodu adı ilə fəaliyyət göstərmişdir. Hazırda da konserv zavodu kimi fəaliyyət göstərir. MədəniyyətUcar rayon Mədəniyyət və Turizm şöbəsinin tabeliyində 18 mədəniyyət evi, 8 klub, 47 kitabxana, 2 muzey, 1 Uşaq İncəsənət məktəbi var.
Maddi-mədəni irsiUcar rayonunda hazırda 8 abidə qorunub saxlanılır. Bu abidələr rayon mədəniyyət şöbəsi tərəfindən uçota alınıb, Ümumrespublika əhəmiyyətli abidə hesab olunur. Bunlar aşağıdakılardır:
İstinadlar
Həmçinin baxInformation related to Ucar rayonu |
Portal di Ensiklopedia Dunia