Turan Tovuz FK
Turan Tovuz FK — Tovuz şəhərini təmsil edən Azərbaycan futbol klubu. Azərbaycan Premyer Liqasında çıxış edir. 23 fevral 1992-ci ildə təsis olunan komanda, ev oyunlarını 6.500 tamaşaçı tutumuna malik Tovuz şəhər stadionunda keçirir.[1] "Turan Tovuz" bir dəfə Azərbaycan Çempionatının qızıl, bir dəfə gümüş, iki dəfə isə bürünc medalını qazanıb. 1994-cü ildə UEFA Kubokunda iştirak etməklə, Azərbaycanı ilk dəfə avrokuboklarda təmsil edən komanda kimi tarixə düşüb.[2] Adı10 oktyabr 2014-cü il tarixinə qədər Turan-T adlanan klub bu tarixdən etibarən adını dəyişib. Klub bu tarixdən sonra "Turan-Tovuz" adını daşıyacağını açıqlayıb və bununla bağlı müvafiq sənədləri Peşəkar Futbol Liqasına təqdim edib.[3] Müvafiq sənədlər təqdim edildikdən sonra PFL klubun adının dəyişdirildiyini elan etmişdir.[4] UğurlarıÖlkədaxili turnirlərdəUEFA turnirlərində![]() "Turan" UEFA bayrağı altında keçirilən və Azərbaycan klublarının qatıldığı 5 qitə turnirinin 1-də, ümumilikdə 1 dəfə iştirak edib. UEFA turnirlərindəki statistikaMənbə: uefa.com
UEFA turnirlərindəki oyunlar
UEFA turnirlərində "Turan"ın Azərbaycan ilkləriAzərbaycanı Avropa kuboklarında ilk dəfə "Turan" təmsil etmişdir. İFFHS reytinq cədvəlindəBeynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) 2010-cu il noyabrın 26-da açıqlanan klublarının XXI əsr üçün reytinqində ilk onilliyi 158 xal ilə Azərbaycan klubları arasında 7-ci, dünyada isə 611-ci pillədə başa vurmuşdur[5]. Klubun məşhurları
HimniMusiqisi: Faiq Sücəddinov Gerblər
İstinadlar
Xarici keçidlərInformation related to Turan Tovuz FK |
Portal di Ensiklopedia Dunia