Hadisələr
Yanvar
Fevral
- 9 fevral - Parisdə imzalanan müqavilə ilə Şpitsbergen adasının statusunun müəyyən edilməsi.
- 11-12 fevral - Bakıda fəhlə klubu binasında Azərbaycan kommunistlərinin I qurultayı, Azərbaycan K(b)P-nın yaradılması.
Mart
Aprel
May
İyun
- Antanta ölkələri ilə Macarıstan arasında Trianon]] sülh müqaviləsinin imzalanması
- 1 iyun - teatrların milliləşdirilməsi haqqında dekretin verilməsi. Azərbaycan Dövlət Teatrıının yaradılması
- 3 iyun - Zəngəzur və Qarabağda bolşevik işğalına müqavimət göstərən Nuru paşanın başçılıq etdiyi Xalq Cümhuriyyətinin ordu hissələri tərəfindən Şuşa şəhərinin ələ keçirilməsi.
- 5-15 iyun - Nuru paşa və polkovnik Zeynalovun başçılığı ilə Şuşada sovet hakimiyyəti əleyhinə üsyanin baş verməsi.
- 6 iyun - Azərbaycan İnqilab Komitəsi tərəfindən Xəzər ticarət donanmasının milliləşdirilməsi haqqında dekret verilməsi.
- 6-20 iyun - Zaqataladavə Qarabağda sovet hakimiyyəti əleyhinə üsyanın baş verməsi.
- 11 iyun - Azərbaycan İnqilab Komitəsi tərəfindən bankların milliləşdirilməsi haqqında dekret verilməsi.
- 19 iyun - Aərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Fətəli xan Xoyskinin Tiflisdə erməni terrorçuları Aram Erkayan və Misak Qriqoryan tərəfindən qətlə yetirilməsi.
- 23 iyun - Təbrizdə Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə Azərbaycan Milli Hökumətinin yaradılması.
İyul
- 16-19 iyul - Azərbaycan Kommunist Gənclər İttifaqının birinci qurultayının keçirilməsi.
- 28 iyul - XI Qızıl Ordunun birinci Qafqaz polkunun Naxçıvana daxil olması və Naxçıvanda sovet hakimiyyətinin elan edilməsi.
Avqust
Sentyabr
- 1-7 sentyabr - Bakıda Şərq xalqlarının birinci qurultayının keçirilməsi.
- 11 sentyabr - Milli hökumətin süqut etməsi
- 20 sentyabr - Sarıqamış döyüşü. Türk ordusunun Sarıqamışı azad etməsi
- 20 sentyabr - Təbrizdə ingilis imperalistləri və şah istibdadı əleyhinə 1920-ci il aprelin 7-də M. Xiyabaninin rəhbərliyi altında başlanmış üsyanın yatırılması, M. Xiyabaninin qətli.
- 23 sentyabr - Azərbaycan İnqilab Komitəsi tərəfindən kənd yoxsul komitələrinin təşkili haqqında dekret verilməsi.
- 30 sentyabr - Moskvada RSFSR ilə Azərbaycan SSR arasında hərbi iqtisadi ittifaq haqqında müqavilənin bağlanması.
Oktyabr
Noyabr
- Krımın Sovet Rusiyası tərəfindən işğal edilməsi.
- 1-10 noyabr 1920-ci ilin yayında - XI Qızıl Ordunun xüsusi şöbəsi tərəfindən həbs edilmiş M.Ə. Rəsulzadənin İ.V. Stalinin göstərişi ilə həbsdən azad edilməsi və İ.V. Stalinlə bir qatarda Bakıdan Moskvaya aparılması.
- 4 noyabr Azərbaycanda qadın şöbələrinin yaradılmasına başlanmışdır.
- 7 noyabr - Gümrü döyüşü. Türk ordusunun Gümrünü azad etməsi
Dekabr
- 2 dekabr - Gümrüdə Ermənistanla Türkiyə Böyük Millət Məclisi hökuməti arasında müqavilənin imzalanması.
- 15 dekabr - Azərbaycan İnqilab Komitəsi tərəfindən "Vahid dövlət arxiv fondunun təşkili və Xalq Maarif Komissarlığı yanında Mərkəzi Dövlət Arxivinin yaradılması haqqında" dekret verilməsi.
- 17 dekabr - Albaniyanın Millətlər Cəmiyyətinə qəbul edilməsi.
- Türkiye və Ermənistan arasında Gümrü müqaviləsinin imzalanması
Doğumlar
Vəfatlar
Information related to 1920 |