10 manatlıq əsginas
10 manatlıq əsginas — Azərbaycanda işlədilən milli əsginaslardan biri. Bu əsginas dövriyyəyə 4 dəfə (1992, 1993, 2005 və 2019-cu illərdə) buraxılmışdır. Son iki buraxılış hazırda tədavüldədir. Tarixi10 manatlıq əsginaslar ilk dəfə 1992-ci ilin avqust ayında Azərbaycan Milli Bankı tərəfindən dövriyyəyə buraxılmışdır. Belə ki, Azərbaycan manatının hazırlanmasına Ayaz Mütəllibovun prezidentliyi dövründə başlanılmış, Əbülfəz Elçibəyin prezidentliyi dövründə isə bu reallaşmışdır. İlk Azərbaycan manatı 15 avqust 1992-ci ildə dövriyyəyə buraxılmışdır ki, həmin əsginaslardan biri də 10 manatlıq əsginas idi. Bu əskinaslar Fransa Mərkəzi Bankı tərəfindən çap edilmişdir[1]. 10 manatlıq əsginasın ilk eskizlərinin müəllifi azərbaycanlı xalçaçı-rəssam Eldar Mikayılzadədir[2][3]. O, buna görə almalı olduğu qonorarı Dövlət Müdafiə Fonduna keçirmişdir[3].
1993-cü ildə Azərbaycan Milli Bankı tərəfindən bir qədər fərqli təsvirdə yeni 10 manatlıq əsginaslar dövriyyəyə buraxıldı. Amma ilk 10 manatlıq əsginaslar da dövriyyədə qaldı.
Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə imzalanmış "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Fərmanla 1992-2001-ci illərdə dövriyyəyə buraxılmış əsginaslar - eyni zamanda 1992 və 1993-cü illərdə dövriyyəyə buraxılmış 10 manatlıq əsginaslar 2006-cı ildən başlayaraq dövriyyədən çıxarılmışdır[4], 2005-ci ildə yeni 10 manatlıq əsginaslar çap olunmuşdur. 28 dekabr 2005-ci ildə ölkə ictimaiyyətinə təqdim olunmuş yeni nəsil pul nişanları, həmçinin yeni 50 manatlıq əsginaslar 2006-cı il yanvarın 1-dən etibarən dövriyyəyə buraxılmışdır.
18 mart 2019-cu ildə Azərbaycan Mərkəzi Bankı tərəfindən 10 manatlıq pul nişanı yenilənərək yeni, daha təkmil mühafizə sistemləri ilə təchiz olunmuş formada yeni 10 manatlıq əsginaslar dövriyyəyə buraxılmışdır[5]. Amma tədavüldə olan 10 manatlıq əsginaslar da dövriyyədə qalmışdır. Son əsginası əvvəlkindən fərqləndirən bir fakt da belədir ki, 2005 buraxılışının ön tərəfində "Azərbaycan Milli Bankı", 2019 buraxılışının ön tərəfində isə "Azərbaycan Mərkəzi Bankı" yazılmışdır. MövzusuHazırda dövriyyədə olan 10 manatlıq əsginaslar tarix mövzusuna həsr olunmuşdur[6]. Təsviriİlk 10 manatlıq əsginas sadə dizayna malik olmuş[7], ön tərəfində Qız qalası təsvir olunmuşdur. Əsginasların arxa tərəfi isə milli ornamentlərlə haşiyələnmiş və üzərində "Azərbaycan Milli Bankı" sözləri çap olunmuşdur[7]. İkinci 10 manatlıq əsginas çap olunarkən həmin vaxt dövriyyədə olan 5, 50 və 100 manatlıq əsginaslarla uyğunlaşdırılmışdır[7]. Onun ön tərəfinə Qız qalasının təsvirindən əlavə arxa fon təsvirləri də əlavə edilmişdir[7]. Bu əsginasın arxa tərəfində isə əlavə olaraq nominalın adı sözlə verilmişdir[7]. Ağ kağızda, əsas rəngi göy olmaqla 2005-ci ildə çap olunmuş əsginasların ön tərəfində Qədim Bakı, Şirvanşahlar sarayı, Qız qalası köhnə Qala divarlarının fonunda verilmişdir[6]. Həmçinin Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun imzası da ön tərəfdədir. ![]() Bu əsginasların arxa fonunda isə Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Azərbaycan xalçasının tipik naxışları çap edilmişdir[6]. Ölçüləriİlk iki 10 manatlıq əsginasların ölçüləri 125×63 mm idi[8]. 2005-ci ildə dövriyyəyə buraxılmış 10 manatlıq əsginasların ölçüləri isə 134×70 mm-dir[6]. Mühafizə elementləriSaxta əsginasların dövriyyəyə buraxılmasının qarşısını almaq üçün bu əsginasa bir çox təhlükəsizlik ünsürləri daxil edilmişdir. İlk 10 manatlıq əsginasda su nişanı - üç alov təsvir olunmuşdu[9]. 2005-ci ildə çap olunmuş əsginasların üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən "MANAT", möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultrabənövşəyi işıqda görünən elementlər vardır[6]. Həmçinin baxİstinadlar
Xarici keçidlərInformation related to 10 manatlıq əsginas |
Portal di Ensiklopedia Dunia